Duration 8:17

DİQQƏT Sarımsaqlı şampun, yoxsa D Vitamini - Saçı tökülənlər baxsın

28 439 watched
0
900
Published 6 Dec 2021

Bugünkü müsahibimiz həkim Dermatoveneroloq Şövgü Salahovdur. Şövqü həkim saç tökülməsi ilə bağlı bir çox suallara cavab verdi. Xüsusilə də saç tökülməsi zamanı Vtamin D qəbulunu xüsusi qeyd etdi. Saç tökülməsinə nələr səbəb olur? Dr.Şövqü Salahov Dermatoveneroloq İnstagram : https://www.instagram.com/dr.shovgu_s ... Mobil :(+994) 55 557-79-29 Həkimin iş yeri : Medikus Clinic Ünvan: Abbas Mirzə Şərifzadə 55 Təhsil 1995-2002 Azərbaycam Dövlət Tibb Universiteti; 2002-2003 Bakı şəhəri 1 –saylı Dəri-Zöhrəvi dispanseri,interna; 2016-2018 Ankara tıp Dermatoloji Ana Bilim Dalı. Saç tökülməsi problemi haqqında bilməmiz gərəkənlər Saç tökülməsi yaşadığımız dövürdə hər gün tez-tez rastlaşdığımız çox ciddi problemlərdən biridir. Əvvəlcə bu vəziyətin nə qədər ciddi olub-olmadığın dəqiqləşdirməliyik. Bilməyiniz vacib olan bir neçə məlumatları sizlərlə bölüşürük. Saç tökülməsi haqqında ümumi anlayışlar Əslində saç tökülməsi təbii bir prosesdir, çünkü gün ərzində 70-120 saç teli tökülürsə bu zaman bu hal problem sayılmır, çünkü hər bir insanda gün ərzində maksimum 120 saç teli tökülüb yerinə yenisi inkişaf edir.bu val demek olar bütün zamanlarda davamedir. Adətən tökülən və yeni çıxan saçların sayı eyni səviyyədə olur, amma bəzi vəziyyətlərdə tökülən saçların miqdarı artır. Bu zamanda tökülən saçlar ciddi keçəlləşməyə gətirib çıxarır. İlk öncə bunu bilməliyikki bir saç telinin ömrü normalda 3-7 il olur. Bu hal fizioloji bir prosesdir. Bunu unutmamalıyıq saç tökülməsi ciddi formadadırsa bu zaman problem yalnız saç dərisi xəstəlikləri ilə əlaqəli deyil. Normal bir insanda saçlı dəridə 150.000 saç follikulu mövcuddur. Ama 10%-i telogen dövrdədir. Bu nə deməkdir? Saç telinin 3 yaşama dövrü var: anagen (böyümə), katogen (kökdən ayrılma) və telogen (istirahət). Böyümə dövrü tük ömrünün ən uzun mərhələsidir, 3-6 il dir, tam saçların 85% məhz bu dövrdə olmalıdır və bu dövrdə saç ortalama ayda 1.5 sm uzanır. Kökdən ayrılma dövrdə tük follikulu öz kökündən qopur ki, yeni tük əmələ gəlsin və bu proses 1-3 həftə dəvam edir. Kökündən qopan tel bir neçə ay (2-4 ay) istirahət dediyimiz dövrdə saçlı dəridə ömrünü sürür. Trixologiya – saç problemləri ilə məşğul olan ve onuda qeyd edəkki tibb elminin ən gənc sahələrindən biridir.

Category

Show more

Comments - 83