Duration 5:21

Möcüzəvi faydasını biləndən sonra hər həftə 2 dəfə yeyəcəksiz - Gül kələm

29 546 watched
0
751
Published 16 Dec 2021

Faydasını bilədən sonra hər həftə 2 dəfə yeyəcəksiz - Gül kələm Gül kələm Günlərin qısalması, havanın soyuması, hərəkətliliyin azalması, qaranlıq saatların uzanması orqanizmə təsirsiz ötüşmür. Özünümüdafiə sistemini işə salan orqanizm temperaturunu qorumaq üçün metabolizmanı yavaşladır, yağ depolamağa başlayır. Qışdan yaza artıq çəkilərlə çıxmağın ən birinci səbəbi budur. Bəs, kökəlməmək üçün nə etməliyik? Təbii ki, mövsümün özünəməxsus meyvə və tərəvəzlərindən yeməliyik. Məsələn; bu ayların ən sevimli dadlarından biri-gül kələm... Lif baxımından zəngin olan gül kələmin bağırsaq xərçənginin inkişafına mane olduğu ABŞ-da aparılan bir araşdırmada məlum olub. Sadəcə, gül kələmin yarpaqlarını atmamaq, onu da gül kələmlə birgə qaynatmaq lazımdır. 1 ay mütəmadi olaraq, gül kələm yemək həzm prosesini nizamlayır, orqanizmdə zərərli bakteriyalar yığılmasının qarşısını alır. Maddələr mübadiləsini sürətləndirərək arıqlamağa səbəb olur. Amma burda da əsas nöqtə onun lazımi miqdarda qəbul edilməsidir. Yəni, artıq yeyilərsə, qarın boşluğunda qaz yaradır. Gül kələm sinir sistemindəki xəsarət almış hüceyrələri yeniləyir, stress və depressiya riskini azaldır. Mütəxəssislər xroniki yuxusuzluqdan xilas olmaq üçün gül kələmin suyunu içməyi tövsiyə edir. Gül kələm suyu yuxu hormonunu nizamlayır. Tərkibindəki A vitamini gözlərin sağlamlığına yaxşı təsir edir. Xüsusilə, yeniyetməlik dövründə gül kələmi çox yemək və suyunu içmək faydalıdır. Yarpaqları ilə birgə qaynadılan gül kələmin suyundakı tiamin maddəsi, yəni, B1 vitamini beyinin funksiyalarını gücləndirir. Sinir sistemindəki toxumaları yeniləyir, əsəb pozğunluqlarının aradan qaldırılmasında, alzeymer xəstəliyinin irəliləməyinin qarşısını almaqda faydalıdır. K vitamini ilə zəngin olan gül kələm sümükləri və əzələləri möhkəmlədir. Sidik yolu infeksiyası zamanı ağrıları yox edir. Eyni zamanda, sidik kisəsində daş və qum yığılmasının qarşısını alır. Dəridəki sızanaqları və ləkələri yox etmək üçün gül kələmin suyundan losyon kimi istifadə edə bilərsiniz. Xüsusilə, qarın bölgəsində yığılan yağlardan yaxa qurtarmaq üçün, həftədə, ən azı, 2 dəfə gül kələm yemək lazımdır. Çünki gül kələm tərkibindəki lif sayəsində toxluq hissi yaradır. Süfrəyə oturanda ilk olaraq gül kələmdən yesəniz, tezliklə doyduğunuzu hiss edəcəksiniz və ikinci yeməyə əl uzatmaq üçün iştahınız qalmayacaq. Amma əmin olacaqsınız ki, orqanizm lazım olan mineral və vitaminlərdən də kəm qalmadı. Fosfat, kalium və xərçəngə qarşı qoruyan maddələrlə zəngin olan gül kələm tərkibindəki dəmirin bolluğuyla qanazlığının da qənimi sayılır. Beyninizdə: “Gül kələmin suyunu necə hazırlamaq olar?”-sualı yarandısa, buyurun. 400 qram gül kələmi yarpaqları ilə birgə qaynadın. Həmin suyu sügəcdən keçirib ağzı bağlı qabda saxlayın. Səhər-axşam acqarına 1 stəkan içə bilərsiniz. Ağız dadınıza görə, içinə 1-2 damcı limon suyu da qata bilərsiniz. Bir də gül kələm məlhəmi var ki, əsasən, hormonların nizamlanmasında orqanizmin köməyinə çatır. 750 ml suyu odun üstünə qoyun. Qaynamağa hazır vəziyyətə çatanda 300 qr gül kələmi içinə atın, qazanın ağzını örtüb, tərəvəzin 5 dəq qəşəng dəmlənməsini gözləyin. Sonra tərəvəzi çıxarıb istədiyiniz kimi bişirə bilərsiniz. Suyunu isə atmayın. Ağzı bağlı şüşə qabda saxlayın. İçinə limon qabığı rəndələyib atın. 2 diş sarımsağı qəşəng əzib suyunu çıxarın və o gül kələm məlhəminin içinə qatın. Qabı qəşəng çalxalayın ki, qarışım yaxşı alınsın. Ağzını bərk bağlayıb, ən az, 4 saat gözləyin. Bu qarışımdan 7 gün hər gün 1 stəkan için. Qeyd edim ki, bu qarışımı içmək üçün gün ərzində ac və ya tox, səhər, ya da axşam olmasının fərqi yoxdur. Amma 7 gündən sonra mütləq 3 gün ara verməlisiniz. Gül kələm məlhəmi orqanizmi toksinlərdən təmizləyir, xüsusilə, sidik yolundakı infeksiyaları yox edir.

Category

Show more

Comments - 26